Ağsuda ölümlə nəticələnən yol qəzası olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib. 58 yaşlı Abışov Nazim Paşa oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobil hasara çırpılıb.
Nəticədə sərnişin 46 yaşlı Əmirov Rövşən Əzizbək oğlu xəsarətlər alaraq, ölüb.
Faktla bağlı cinayət işi başlanıb.