Kamran Əliyev Naxçıvanda
16 avqust 2024 10:47 (UTC +04:00)

Kamran Əliyev Naxçıvanda

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbində "Ətraf mühitin gücləndirilməsi: Maarifləndirmə və hüquq mühafizə tədbirlərinin rolu" ECOLEAD lahiyəsi çərçivəsində "Ekoloji su hüquqpozmalarının iqlim dəyişikliyinə təkan verməsi" mövzusunda elmi-praktiki konfrans keçirilir.

Baş Prokurorluqdan Lent.az-a verilən xəbərə görə, konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Tədbirdə Ulu Öndərin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.

Konfransda Baş prokuror Kamran Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli və digər şəxslər iştirak edirlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 747
avatar

Oxşar yazılar