Kinoda ilk öpüş səhnəsi  barədə maraqlı FAKTLAR  – Qəzəblə qarşılandı
16 avqust 2024 12:52 (UTC +04:00)

Kinoda ilk öpüş səhnəsi barədə maraqlı FAKTLAR – Qəzəblə qarşılandı

Öpüşün canlandırıldığı film kinosevərləri heyran etdi və bir çox tənqidçilər tərəfindən də açıq şəkildə qınandı.

Lent.az-ın xəbərinə görə, insanlar realist filmləri çox sevirlər. Filmin gerçək təəssüratı yaratması üçün nələr-nələr təsvi edilmir? - Qan, ölüm, erotika, intim səhnələr. Lakin bütün bunlara gəlib çıxana qədər kino uzun bir inkişaf dövrü keçməli olub. Hətta ilk öpüşən aktyorlar ölümlə təhdid olunublar.

Ekrandakı ilk öpüş səhnəsi 1896-cı ilin aprelində nümayiş etdirilərkən tamaşaçılar tərəfindən böyük qəzəb və qınaqla qarşılanmışdı.

Kanadalı aktyor Mey İrvin dul Cons rolunda və amerikalı aktrisa Con Rays Billy Bikes rolunda çəkilmişdi. Qısa metrajlı filmin bir səhnəsində aktyor aktrisanı yüngülcə öpür. Hərçənd buna öpüş belə demək olmazdı.

Aktyorlar Mey İrvin və Con C. Rays səhnədə dəfələrlə öpüşsələr də, o zaman tamaşaçılar ekranda öpüşün bu cür təsvirlərinə hazır deyildilər. Ağ-qara qısametrajlı “Öpüş” filmi Nyu Cersi ştatının Vest Orange şəhərində nümayiş etdirilib.

Filmi görənlər onu şok edici və ədəbsiz kimi qiymətləndirmişdilər.

Filmdən sonra Roma Katolik Kilsəsi senzura və əxlaqi islahatlara çağırış etdi, çünki ictimai yerlərdə öpüşmək hələ o dövrdə bir çox insanlar üçün son dərəcə tabu sayılırdı. 

O dövrün bir çox qəzet redaksiyası “Öpüş” filminin nümayiş olunduğu ərazilərdə polisin hərəkətə keçməsini tələb edirdi. Bu mübahisələrə və ictimaiyyətin qəzəbinə baxmayaraq, film populyarlıq qazandı və satış rekordları qırdı.

Baş rol oyunçuları "əxlaqsızlığa" görə ölümlə təhdid edilən "Öpüş" filminin adı ilk öpüş səhnəsinə və kassa gəlirlərinə görə, GinnRekordlar Kitabına daxil edildi.

Yasaq meyvə həmişə yeməli olur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 756
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar