"Sabah" avrokuboklarla VİDALAŞDI
15 avqust 2024 22:01 (UTC +04:00)

"Sabah" avrokuboklarla VİDALAŞDI

"Sabah" bu gün Konfrans Liqasının III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

Lent.az xəbər verir ki, Masazır təmsilçisi evdə İrlandiyanın "Sent Patriks Atletik" klubunu qəbul edib.

Oyunun 58-ci dəqiqəsində Rəhman Daşdəmirov avtoqola imza atıb.

Matçda başqa qol vurulmayıb.

Bununla da "Sabah" komandası avrokuboklarda mübarizəsini dayandırıb.

Qeyd edək ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada İrlandiya təmsilçisi 1:0 hesabı ilə qalib gəlmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492
avatar

Oxşar yazılar