Hava yenidən dəyişəcək   - PROQNOZ
16 avqust 2024 12:59 (UTC +04:00)

Hava yenidən dəyişəcək - PROQNOZ

Həftə sonu gözlənilən hava şəraiti açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə,  avqustun 17-18-də ölkə ərazisində hava şəraitinin nisbətən sabitləşəcəyi, temperaturun tədricən 3-4° yüksələcəyi gözlənilir.

Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. 17-si gündüz saatlarında havanın qısamüddətə tutulacağı ehtimal olunur. Cənub-şərq küləyi üstünlük təşkil edəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 28-33° isti olacaq.

Bölgələrdə də müşahidə olunun yağıntılı hava şəraiti avqustun 17-si gündüz saatlarınadək davam edəcəyi, 18-də əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25°, gündüz 30-35° isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2988
avatar

Oxşar yazılar