Türkiyənin məşhur sosial media fenomeni Kerimcan Durmaz yanvarın 7-də qanunsuz mərc oyunları reklam edərək insanları ruhlandırdığına görə həbs edilib.
Bu barədə Lent.az sizə məlumat vermişdi.
Kerimcan Durmaz
İndi isə məlum olur ki, Kərimcan Durmaz həbsdən mesaj göndərib. Kerimcan Durmazı görməyə gedən bacısı Neşe Fişek fenomen qardaşının ona göndərdiyi mesajı sosial media hesabında paylaşıb:
"Sevdiklərimə, bu çətin dövrdə bütün sevgi və dəstəyinizə görə minnətdaram. Yaxşıyam və güclü olmağa davam edirəm. Gec-tez ədalətin bərqərar olacağına tam inanıram. Bütün dualarınız, xoş arzularınız və ürəkdən gələn mesajlarınız mənə güc verir. Məhz bu sevgi və dəstək sayəsində mən dik dururam. Mənimlə olduğunuzu bilmək mənə bu prosesi daha asan keçirməyə kömək edir. Xahiş edirəm əhvalınızı yüksək tutun. Sizin sevginiz və inamınız mənim ən böyük motivasiyamdır. Bu prosesi birlikdə keçəcəyik. Hamınızı çox sevirəm və ən qısa zamanda yenidən görüşəcəyimizə inanıram. Sevgilərlə, Kerimcan Durmaz”.