Gəlin bəyin bu sirrini açıb toyu ləğv etdi
15 yanvar 2025 13:46 (UTC +04:00)

Gəlin bəyin bu sirrini açıb toyu ləğv etdi

Sosial şəbəkələrdən birində qız nişanlısının sirrini necə öyrəndiyi və toyu təxirə salması ilə bağlı hekayə paylaşıb. İzləyicilər gəlinin qərarını dəstəkləyiblər.

Lent.az xəbər verir ki, yazı müəllifi nişanlısı ilə 5 ildir münasibətdə olduğunu bildirib:

“Yeni ildən sonra mən ona ofisini təmizləməyə kömək edirdim və ona ünvanlanmış bir yığın köhnə məktub tapdım. Maraqlandım və onlardan birini açdım. Məktubu nişanlımın yeddi yaşlı oğlunun atası olduğunu iddia edən bir qadın göndərmişdi”.

Bundan sonra kişi gəlinə etiraf edib ki, onlar tanış olana qədər qısa bir münasibətdə olub və əslində övladı var: “O, uzun illər oğlu haqqında bilib, amma onun haqqında mənə danışmayıb”, deyə hekayəni paylaşan qeyd edib. Bəy də əmin edib ki, uşağa maddi dəstək verir, lakin onunla birgə yaşamır:

“Mən darmadağın oldum. O, nəinki belə böyük bir sirr saxlayırdı, həm də uşağının həyatından kənarda qalması məndə ondan şübhələnməyə səbəb oldu. Onun daha nə gizlədə biləcəyini təsəvvür edə bilməzdim”.

Nəticədə qız toyu ləğv etmək qərarına gəlib.

Yazının altındakı şərhlərdə çoxları yazı müəllifinin uşağını ondan gizlədən kişi ilə evlənməmək qərarını dəstəkləyib. Şərhçilər, həyatı ilə bağlı belə vacib detalı gizlədən bir insana yenidən etibar etməyin təhlükəli olduğunu deyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar