Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verdi
15 yanvar 2025 09:10 (UTC +04:00)

Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verdi

Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə ABŞ-nin Bakıdakı səfirliyinin iddialarına cavab verib.

Lent.az xəbər verir ki, XİN rəsmisi bu barədə "X" hesabında yazıb.

“Bəxtiyar Hacıyevə qarşı qanuni məhkəmə qərarı işdəki çoxsaylı sübutlara əsaslanır və məhkəmə prosedurlarına xarici müdaxilə qəbuledilməzdir. Maraqlıdır ki, eyni növ vergi fırıldaqçılığı və maliyyə cinayətləri Amerika Birləşmiş Ştatlarında dəfələrlə ciddi şəkildə cəzalandırılır və həbs müddəti 30 ilə qədər çata bilər, nə üçün bu ölkə digər ölkələrdə belə cinayətlərə qarşı verilən cəzadan narazıdır. Görünür ki, belə bir yanaşma qanunun aliliyinin əhəmiyyətinin artırılmasından daha çox siyasi maraqlara əsaslanır”, – diplomat vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 702
avatar

Oxşar yazılar