Azərbaycanda intihar edən gənc oğlanla vida mərasimi qeyri-adi formada keçirilib.
Lent.az xəbər verir ki, hadisə Şəmkir rayonunda baş verib. Mərasimdə həyatına son qoyan Ümid Əlizadənin ailə üzvləri və yaxınları iştirak ediblər.
Onun tabutunu "gəlin maşını" müşayiət edib və "Zəminxarə" sədaları ilə dəfn etməyə aparıblar.
Xatırladaq ki, Gəncə şəhər sakini 22 yaşlı Ümid Əlizadə yanvarın 13-də yaşadığı binada özünü asıb.
Qeyd edək ki, mərhumun Vətən müharibəsi iştirakçısı və qazi olduğu bildirilir.