Futbol üzrə İspaniya La Liqasında 4-cü turun oyunları davam edir.
Lent.az xəbər verir ki, günün son matçında "Barselona" "Valensiya" ilə üz-üzə gəlib.
Kataloniyalılar inamlı qələbə qazanıb: 6:0.
Ev sahibi komandanın heyətində Fermin Lopez, Rafinya və Levandovski adama 2 dəfə fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 10-a çatdıran "Barsa" lider "Real"ın ardından turnir cədvəlində 2-ci pillədə qərarlaşıb.
Madrid təmsilçisi isə 4 oyuna maksimum nəticə qazanıb: 12 xal, 1-ci yer.