Rusiyanın Vladivostok meriyasının əməkdaşı Tailandın Pattaya şəhərində istirahətdə olarkən ölüb.
Lent.az yerli mediaya istinadla xəbər verir ki, 42 yaşlı bələdiyyə nəqliyyatı rəhbərinin müavini Konstantin K. Yeni il üçün Tailanda istirahətə gedib. Dekabrın 29-da o, kurorta gəlib və 30-dan sonra əlaqəni kəsib.
Qeyd olunur ki, o, yanvarın 11-də işə qayıtmalı olsa da, bir dəfə də olsun administrasiyaya gəlməyib. İş yoldaşları kişinin ailəsi ilə əlaqə saxlayıb və məlum olub ki, o, oğluna sonuncu dəfə dekabrın 30-da saat 21:00-da zəng edib. Bir saat sonra onun meyiti tapılıb.
Məmurun qaldığı otelin işçiləri bildiriblər ki, bir gün əvvəl onu fahişə ilə birlikdə görüblər. İlkin məlumata görə, fahişə ona zəhərli dərman verib və qarət edərək, qaçıb. Qeyd edilir ki, Konstantinin 7 və 14 yaşlı iki övladı var.