"Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına ziyandır" - Həkimdən XƏBƏRDARLIQ
15 yanvar 2025 16:36 (UTC +04:00)

"Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına ziyandır" - Həkimdən XƏBƏRDARLIQ

Fiziki aktivlik insan sağlamlığı üçün vacibdir. Fiziki aktivliyin azalması uşaqların da sağlamlığına mənfi təsir göstərə bilər.

Lent.az-ın məlumatına görə, bu fikirləri 93 FM dalğasında yayımlanan “Sağlam radio”da həkim fizioterapevt Çinarə Hacıyeva açıqlayıb. 

Onun sözlərinə görə, bu zaman xüsusilə ürək-damar, tənəffüs sisteminin və dayaq hərəkət aparatının funksiyaları zəifləyə bilər:

“Bu da gələcəkdə ciddi sağlamlıq problemlərinə yol açır. Buna görə də, sağlam gələcək nəsil yetişdirmək üçün fiziki aktivliyi artırmaq məqsədilə bağça, məktəb dövründən aktiv həyat tərzini uşaqlara aşılamaq lazımdır. Valideynlər və müəllimlər uşaqları açıq havada oyunlara, idmana cəlb etməli, müasir texnoloji cihazlardan istifadənin müddətinin azaldılmasına çalışmalıdılar”.

Ç.Hacıyeva qeyd edib ki, araşdırmalar görə, fiziki aktiv uşaqlar daha yüksək nəticələr əldə etmək qabiliyyətinə malik olurlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 534
avatar

Ləman Sərraf

Oxşar yazılar