Pizzanın vətəni yeməksevər turistlər üçün ən yaxşı şəhər  seçilib
14 yanvar 2025 14:28 (UTC +04:00)

Pizzanın vətəni yeməksevər turistlər üçün ən yaxşı şəhər seçilib

İtaliyanın altı şəhəri yemək həvəskarları üçün dünyanın ən yaxşı on şəhəri sırasına daxil olub.

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, pizzanın vətəni sayılan İtaliyanın Neapol şəhəri isə qurman turistlər üçün dünyanın ən yaxşı şəhəri kimi tanınıb.

“TasteAtlas” reytinqində  Neapol bir il əvvəl 4.84 xalla birinci yerin sahibi olub.

Dünyanın yeni yaradılan kulinariya paytaxtında turistlərə xüsusilə Neopolitan pizzası, pizza Marqaritta, qızardılmış pizza Fritta, şirin xəmir Sfogliatella, Genuya soğanı və ət sousu, Neapolitan deserti və s. tövsiyə olunur.

Eyni zamanda, reytinqdə ikinci və üçüncü yerləri də İtaliyanın Milan və Bolonya şəhərləri tutub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 945
avatar

Ləman Sərraf

Oxşar yazılar