Ukraynada hərbi maşınlar pul qarşılığında yandırılır
16 avqust 2024 12:13 (UTC +04:00)

Ukraynada hərbi maşınlar pul qarşılığında yandırılır

Ukraynada hərbi maşınlar Rusiya xüsusi xidmət orqanlarının göstərişi ilə yandırılır.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluğun spikeri Nadejda Maksimets jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, ən çox yanğın hadisəsi 18-23 yaş arası təcavüzkarlar tərəfindən həyata keçirilir.

“Gənclər varlı olma vədləri ilə dolu olan teleqram vasitəsilə cəlb olunur. Bununla belə, qeyd etmək lazımdır ki, onların əksəriyyəti vəd edilən pulu ümumiyyətlə almır, ya da xeyli az məbləğ alır. Həm bu cür reklamları yerləşdirən platformaları, həm də bu cinayət sxemlərinin təşkilatçılarını ifşa etmək üçün bütün tədbirləri görəcəyik”.

Baş Prokurorluğun nümayəndəsi qeyd edib ki, belə şəxslər pul mükafatı deyil, yalnız həbs cəzası ala biləcəklər.

Baş Prokurorluq xüsusi xidmət orqanlarının məqsədinin Müdafiə Qüvvələrinin işinə maneçilik törətdiyini iddia edir. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4467
avatar

Arzu Qurbanlı

Oxşar yazılar