20 ildir axtarışda olan qatil POLİS İŞLƏYİRMİŞ
16 avqust 2024 13:05 (UTC +04:00)

20 ildir axtarışda olan qatil POLİS İŞLƏYİRMİŞ

ABŞ-da qətl törədən Antonio "El Diablo" Riano 20 il sonra tapılıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun bu müddət ərzində həyatı eşidənləri şoka salıb.

2004-cü ilin dekabrında Milad bayramı ərəfəsində ABŞ-ın Ohayo ştatının Cincinnati şəhərindəki barda Riano 25 yaşlı kişi ilə mübahisə edib. Onların mübahisəsi ölümlə başa çatıb - Riano rəqibini tapança ilə vurub, sonra isə qaçıb. Adam dərhal ümummilli axtarış siyahısına salınsa da, bir neçə illik aktiv axtarışlar nəticə verməyib və bir müddət "El Diablo" unudulub.

Təxminən 20 il sonra bir detektiv sosial şəbəkədə Rianonu tapıb. Rianonun əsl adını dəyişməməsi və ən məşhur saytlardan birində öz fotoşəkillərini yerləşdirməkdən çəkinməməsi istintaqı təəccübləndirib. Onun profilində Meksikanın Oaxaca əyalətində polis məmuru işlədiyi də qeyd olunub.

ABŞ müstəntiqləri Rianonun Zapotitlan Palmas Polis Departamentində işlədiyini öyrənmək üçün Meksika səlahiyyətliləri ilə əlaqə saxlayıblar. Qarşı tərəf bu məlumatı təsdiqləyib. Danışıqlar zamanı Meksika Rianonu məhkəmə icraçılarına təhvil verib. O, 20 il əvvəl qətldə ittiham olunduğu Ohayo ştatına aparılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1059
avatar

Oxşar yazılar