ABŞ-ın yeni prezidenti Donald Tramp öz komandasında müxtəlif vəzifələrə bir sıra namizədlər təklif edib.
Lent.az xarici mediaya istinadla bildirir ki, maliyyə naziri vəzifəsinə investor Skott Bessentin namizədliyi irəli sürülüb. Tramp Nümayəndələr Palatasının üzvü Lauri Çaves-Derimeranı əmək naziri təyin etməyi təklif edir.
Bu siyahıda ən böyük sürpriz mənzil naziri vəzifəsinə namizədlik olub - bu vəzifə keçmiş futbolçu Skott Törnerə təklif olunub.