19 sentyabr saat 19:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında tanınmış pianoçu və Beynəlxalq müsabiqələr laureatları Daniil Kirillov və Anna Rasinanın təqdimatında "Universum" adlı konsert proqramı baş tutacaq.
İlk dəfə Gəncədə baş tutacaq konsertdə gənc musiqiçilər V.A.Motsart, İ.S.Bax, L.V.Bethoven, P.Maskanyi, F.Mendelson, S.Raxmaninovun əsərlərini ifa edəcəklər.