Kürdəmir sakinini qatar vurub.
Lent.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, Kürdəmir rayonunun Karrar kənd sakini, 45 yaşlı Heydərov Vüsal Çovğun oğlu Bakı-Ağstafa dəmiryolunun Karrar kəndindən keçən hissəsini keçərkən onu qatar vurub.
O, hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.