Azərbaycanda xəstəxanalıq olanların sayı artdı
18 sentyabr 2025 10:47 (UTC +04:00)

Azərbaycanda xəstəxanalıq olanların sayı artdı

0

TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində 2025-ci ilin avqust ayı ərzində ümumilikdə 1 956 902 müraciət qeydə alınıb. Bunlardan 41 733-ü stasionar, 1 915 169-ü ambulator olub. 

Lent.az xəbər verir ki, avqust ayında göstərilən xidmət sayında ötən ilin eyni dövrü ilə müqayisədə artım müşahidə olunub.

Ay ərzində 7 917 064 tibbi xidmət göstərilib. Onlardan 960 871-i stasionar, 6 956 193-ü ambulator olub. Tibb müəssisələrində göstərilən xidmətlərin ümumi sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3 % artıb.
Tibb müəssisələri üzrə vətəndaşlara göstərilən laborator xidmətlərdə də artım qeydə alınıb. Ay ərzində 3 239 481 sayda laborator müayinələr aparılıb ki, onların da 506 752-si stasionar, 2 732 729-ü ambulator olub. Beləliklə, tibb müəssisələrində göstərilən laborator xidmətlərin ümumi sayında 2024-cü illə müqayisədə 8 % artım qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar