“Bentley” loqosunu yenilədi - Yeni loqo
06 iyul 2025 01:37 (UTC +04:00)

“Bentley” loqosunu yenilədi - Yeni loqo

“Bentley” 106 illik tarixində beşinci dəfə loqotipini yeniləyib.

Lent.az xəbər verir ki, dəbdəbəli avtomobil nəhənginin simvoluna çevrilən "Winged B" 2002-ci ildən bəri ilk dəfə yenilənib.

Yeni loqo ilk dəfə 8 iyulda brendin gələcək stilini nümayiş etdirəcək konsept avtomobilin kapotunda canlı olaraq nümayiş etdiriləcək.

Həmin gün “Bentley”nin İngiltərənin Kru şəhərində yerləşən baş ofisində yerləşən üçmərtəbəli yeni dizayn studiyası da açılacaq.

“Bentley”nin yeni loqosunun diqqətçəkən tərəfi əvvəlki versiyalarından ən fərqlisi olmasıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 956

Oxşar yazılar