Bayburt, Rize və Trabzonda bəzi yaylaqlar iyul ayında qarla örtülüb. Kaçkar Dağları Milli Parkı ətrafındakı yaylaqlar ağ rəngə bürünərkən, Trabzonda da təsirli olan leysan hava istiliyinin azalması ilə qara çevrilib.
Lent.az-ın Türkiyə mediasına istinadla xəbərinə görə, Ərzurumun İspir rayonundakı Moryaylaya gedən sürü sahibləri yayın ortasında qəfil yağan güclü qara təəccübləniblər. Çovğun və tufan Bayburtun Soğanlı dağında da təsirli olub.