İzləməli olduğunuz 5 yeni film  - sizi ekrana bağlayacaq
30 iyun 2025 12:00 (UTC +04:00)

İzləməli olduğunuz 5 yeni film - sizi ekrana bağlayacaq

Bu kino yenilikləri axşamınızı mükəmməl edəcək. Xüsusilə 5-ci filmin sonluğu sizi şoka salacaq!

Lent.az ekran qarşısından son dəqiqəyə qədər ayrılmağa imkan verməyəcək filmlər siyahısını təqdim edir.

"Daha Bir Sadə Xidmət"

Qara mistik komediya detektiv-bloqer Stefani ilə sirli varlı qadın Emili arasındakı dostluğun davamından bəhs edir. Bu dəfə onlar İtaliyadakı gözəl adada yenidən bir araya gəlirlər. Emili orada varlı bir italyan iş adamı ilə evlənməyə hazırlaşır.

"Mən Səni Başa Düşmürəm"

Bir cütlük evlatlığa uşaq götürməzdən əvvəl tətilə çıxır. Lakin bu səyahət inanılmaz macəralarla nəticələnir. Çünki onlar yad bir ölkədə bir-birlərini itirir və mobil əlaqə imkanından məhrum qalırlar.

"Yaşıl Banda"

Bu komediya gizli bir təşkilata məxsus olan bir oğrular qrupundan bəhs edir. Onların yeganə missiyası – korrupsiya qalmaqallarında iştirak edən, qadınlara hörmətsizlik edən və təbiətə ziyan vuran varlılara qarşı mübarizə aparmaqdır.

"Mission: Impossible 8"

Əfsanəvi Tom Kruzun qəhrəmanı bu dəfə də təhlükəli bir tapşırıqla qarşı-qarşıyadır. O, süni intellektə çıxış əldə etməyə çalışan cinayətkarla üz-üzə gəlir və insanlığın gələcəyini qorumaq üçün son gücünü sərf edir.

"Təyinat Nöqtəsi: İrs Lənəti"

Əfsanəvi franşizanın yeni hissəsində bir qrup yad adam ölüm və həyat arasında qalır. Bu dəfə hadisələrin mərkəzində daim eyni qorxunc yuxunu görən kollec tələbəsi dayanır. O, bu dəhşətli hadisələrdən qaçmaq üçün yeganə bir insana müraciət edir. Amma ölümdən qaçmaq mümkün olacaqmı? Filmin sonluğu gerçəkdən də sarsıdıcıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4538

Oxşar yazılar

Röya xəbər səhifələrinə hücum edir

Röya xəbər səhifələrinə hücum edir

21 avqust 2025 , 15:06
Gözlənilməz sonluqla bitən 8 detektiv film

Gözlənilməz sonluqla bitən 8 detektiv film

21 avqust 2025 , 13:34
Tarantino  ən yaxşı flmlərini sıraladı

Tarantino ən yaxşı flmlərini sıraladı

21 avqust 2025 , 10:38
Rəşad Məcidin  60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

Rəşad Məcidin 60 illiyinə həsr olunmuş “Qala adam” kitabı çapdan çıxdı

21 avqust 2025 , 10:00
Şair Məmməd İsmayıl dəfn edildi  - YENİLƏNİB

Şair Məmməd İsmayıl dəfn edildi - YENİLƏNİB

20 avqust 2025 , 15:05
Xalq artisti qızını polisə verdi

Xalq artisti qızını polisə verdi

20 avqust 2025 , 12:25
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37