Məşhur aktyor borclarına görə   Baliyə qaçdı
10 sentyabr 2025 16:36 (UTC +04:00)

Məşhur aktyor borclarına görə Baliyə qaçdı

0

Məşhur televiziya aktyoru Ceyhun Mengiroğlu barədə gündəmə gələn iddialar böyük səs-küy yaradıb. İddiaya görə, aktyor müxtəlif banklardan 5 milyon lirə kredit, 1,5 milyon lirə kredit kartı borcu və “investisiya edəcəyəm” deyərək bazardan da 10 milyon lirəyə yaxın borc alıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, Mengiroğlunun borclardan sonra həyat yoldaşı Sena Mengiroğlu ilə birlikdə Baliyə getdiyi iddia edilir.

Sosial mediada cütlüyün tez-tez tətil fotoları paylaşdığı, hətta iki həftə əvvəl birgə görüntülərinin yayımlandığı qeyd olunur.

Məlumatlara görə, borc sahibləri uzun müddətdir Ceyhun Mengiroğluna çata bilmir. Aktyorun qeydiyyatda olan ünvanında tapılmadığı və telefonunun da bağlı olduğu bildirilir.

Sena Mengiroğlunun açıqlaması

İddialara görə, həmin şəxslər bu dəfə də aktyorun həyat yoldaşı Sena Mengiroğlu ilə əlaqə saxlayıb. Lakin onun telefonda “Biz ayrıldıq. Ceyhunun harada olduğunu bilmirəm. Məni bir daha axtarmayın” dediyi bildirilir.

Ceyhun Mengiroğlunun televiziya karyerası

Borclar və Bali iddiaları ilə gündəmə gələn Ceyhun Mengiroğlu bir çox məşhur serialda rol alıb.

2022 – Yasak Elma dizisində Ekin Önder

2021 – İkimizin Sırrı serialında Emir Karahun

2020 – Maria ile Mustafada Görkem

2019 – Payitaht AbdülhamidMehmet Celaleddin

2017 – Rüya dizisində Bulut Giray

2016 – Paramparça dizisində Deniz/Ceyhun

2015 – Adı Mutluluk

İddiaları hələ ki aktyor və ya rəsmi tərəflər təsdiqləməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 490

Oxşar yazılar