Bakı, Sumqayıt və Abşeronun pensiyaçılarına ŞAD XƏBƏR
10 sentyabr 2025 17:09 (UTC +04:00)

Bakı, Sumqayıt və Abşeronun pensiyaçılarına ŞAD XƏBƏR

0

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə sentyabr ayının pensiyaları ödənilib.

Bu barədə Lent.az-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Habelə Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə bu ayın pensiya ödənişi həyata keçirilib.

Respublikamızın digər bölgələri üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin sentyabr ayı üzrə pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 376

Oxşar yazılar