İki ildir yata bilmir:  Sirli  xəstəlik  həkimləri çaşdırır
10 sentyabr 2025 14:48 (UTC +04:00)

İki ildir yata bilmir: Sirli xəstəlik həkimləri çaşdırır

0

Britaniyalı Oliver Elvis artıq demək olar ki, iki ildir yuxunun nə olduğunu unudub.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, heç bir dərman və ya güclü sakitləşdirici preparat ona yuxuya getməkdə kömək etmir.

Gecə başlayıb, həyatını dəyişib

Elvisin sözlərinə görə, hər şey bir neçə il əvvəl başlayıb. O gecə heç cür yata bilməyib və o vaxtdan hər yeni gün onun üçün əsl sınağa çevrilib: “Hər gün içimdə yanıb-alovlanan bədənlə yaşamaq uğrunda mübarizədir”, –  o etiraf edir.

Yorğunluq yoxdur, amma bədən dağılır

Ən maraqlısı odur ki, Elvis özünü yorğun hiss etmir, daim sanki “döyüşə hazır vəziyyətdə”dir. Amma fasiləsiz yuxusuzluq sağlamlığına ciddi ziyan vurub.

Əzələ və sümük ağrıları güclənib, görmə qabiliyyəti pisləşib, həzm sistemi zəifləyib, hərəkət koordinasiyası ciddi şəkildə pozulub.

Müalicə axtarışı: evini satıb, dünyanı dolaşıb

Çarə tapmaq ümidi ilə Elvis evini sataraq bütün yığdığı pulları müalicə axtarışına xərcləyib. O, Hindistandan İtaliyaya, Türkiyədən Kolumbiyaya qədər müxtəlif ölkələrdə həkimlərə və müalicə üsullarına müraciət edib. Lakin heç bir metod nəticə verməyib.

Hazırda o, vəziyyətinə diaqnoz qoya biləcək və yuxusunu qaytara biləcək istənilən mütəxəssislə əməkdaşlığa hazır olduğunu bildirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar