Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya  ictimai baxış keçirildi
04 iyul 2025 18:06 (UTC +04:00)

Bəxtiyar Vahabzadənin "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşaya ictimai baxış keçirildi

İyulun 3-də "Bəxtiyar  Vahabzadənin 100 illik  yubileyinin qeyd edilməsi  haqqında" Prezident İlham Əliyevin 2025-ci il fevralın 21-dəki sərəncamına və Mədəniyyət Nazirinin  "Bəxtiyar Vahabzadənin 100 illik yubileyinə dair Tədbirlər planı"nın təsdiq edilməsi haqqında 2025-ci il aprelin 7-dəki əmrinə əsasən,  Şəki Dövlət Dram Teatrında Xalq şairi Bəxtiyar Vahabzadənin müəllifi olduğu "Dar ağacı" pyesi əsasında hazırlanan eyniadlı tamaşanın  ictimai baxışı keçirilib.  

Tarixi dramda  Azərbaycanın Ərəb xilafətinə,  yadelli işğalçılara qarşı azadlıq mübarizəsindən bəhs edilir. 

Lent.az-ın xəbərinə görə, tamaşanın quruluşçu rejissoru teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, quruluşçu rəssamı və geyim üzrə rəssamı Nicat Məmmədov, mahnıların bəstəkarı Xatirə Orucova, baletmeysteri Çingiz Novruzəliyev,  vokal üzrə müəllim Fərqanə Salamovadır. Tamaşanın musiqisi bəstəkar, Azərbaycan və SSRİ Xalq artisti Aqşin Əlizadəyə, səhnə döyüşlərinin qurulması Sahib Novruzova  məxsusdur.

Tamaşada rolları əməkdar artistlər Xanlar Həşimzadə (Ağsaqqal), Əbülfət Salahov (İbn Zeyd), Rəhim Qocayev (Babəkin teyfi), aktyorlar Xəyal Salahov (Akşin), Rəşid Mirizadə (Sabutay), Lalə Məmməd (Ana), Gülxar İmamhüseynova  (Çılğın), Fərahim Fətəliyev (İbn Tahir), Pərviz İsmayılov (İbn Süheyl), Elvin Mabudov (Altay), Nazilə İmamhüseynova (Xala), Azad Məmmədov (Yarqıtay), Arzuman Abdullayev, Cavidan Eminov (ərəb əsgərləri) ifa  edirlər.

Tamaşadan öncə qonaqlar teatrın foyesində Bəxtiyar Vahabzadənin şəkillərindən, kitablarından ibarət sərgi ilə tanış olublar.

Tamaşanın ictimai baxışında Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov,  Mədəniyyət Nazirliyinin Teatr sektorunun rəhbəri Böyükxanım Talıbova, Azərbaycanın Beynəlxalq Türk Mədəniyyəti Təşkilatındakı daimi nümayəndəsi, Əməkdar mədəniyyət işçisi Elçin Qafarlı, Çukurova Universiteti Dövlət Konservatoriyası Səhnə sənətləri kafedrasının professoru, Azərbaycanın Xalq artisti Cahangir Novruzov, Əməkdar incəsənət xadimi, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə, və digər rəsmi qonaqlar, incəsənət nümayəndələri, teatrsevər tamaşaçılar iştirak ediblər.

Tamaşadan sonra Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Elçin Qafarlı, Cahangir Novruzov, Şəki Dövlət Dram Teatrının baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimli, Bəxtiyar Vahabzadənin qızı Gülzar xanım çıxış etdilər, tamaşa haqqında təəssüratlarını bölüşüb kollektivə yaradıcı uğurlar arzulayıblar.

Tədbirin sonunda Şəki Şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən Şəki Dövlət Dram Teatrına xatirə hədiyyəsi təqdim edilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3104

Oxşar yazılar

Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

19 avqust 2025 , 16:29
Kefinizi açacaq 6 komediya serialı

Kefinizi açacaq 6 komediya serialı

19 avqust 2025 , 13:57
"Avroviziya"nın  loqosu yeniləndi

"Avroviziya"nın loqosu yeniləndi

19 avqust 2025 , 09:37
Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

Vuqar Babanlı: “Atamın vicdanı heç vaxt susmayıb”

17 avqust 2025 , 13:34
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olundu -FOTOLENT

17 avqust 2025 , 12:01
Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

Yazıçı Vidadi Babanlı Qazaxda dəfn olunacaq - YENİLƏNİB

16 avqust 2025 , 19:19
Tanınmış yazıçı vəfat etdi

Tanınmış yazıçı vəfat etdi

14 avqust 2025 , 18:29
Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

Prezidentdən Afaq Bəşirqızı ilə bağlı SƏRƏNCAM

14 avqust 2025 , 13:15