Bakıda marketdən külli miqdarda siqaret və spirtli içki  oğurlandı
16 avqust 2024 12:39 (UTC +04:00)

Bakıda marketdən külli miqdarda siqaret və spirtli içki oğurlandı

Bakıda marketlərdən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, avqustun 14-də Xətai rayonu ərazisində yerləşən 2 marketdən ümumilikdə 770 manat dəyərində tütün məmulatı, həmçinin 1050 manat dəyərində spirtli içkinin oğurlanması barədə polisə məlumat daxil olub.

Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuşlar E.Əzizov və E.Mirzəyev müəyyən olunaraq saxlanılıblar.

Hər iki faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 726
avatar

Oxşar yazılar