Bu şirə qanda xolesterinin səviyyəsini  aşağı salır
16 avqust 2024 14:23 (UTC +04:00)

Bu şirə qanda xolesterinin səviyyəsini aşağı salır

Mütəxəssislər qanda xolesterinin səviyyəsini aşağı salan şirəni açıqlayıblar. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı alimlər portağal suyunun faydaları ilə bağlı gözlənilməz kəşf ediblər. Sao Paulo Dövlət Universitetinin (UNESP) mütəxəssisləri müəyyən ediblər ki, bu içkidən gündə iki stəkan (480 ml) içmək qanda xolesterinin səviyyəsini azaldır.

Alimlər tədqiqata 18-66 yaş arasında olan 129 nəfəri cəlb ediblər. Gender bərabərsizliyi nümunənin xüsusiyyətləri ilə bağlıdır. Bütün könüllülər portağal suyu fabrikinin işçiləridir və ora sərbəst giriş imkanına malikdirlər.

Məlum olub ki, ən azı bir il gündə təxminən iki stəkan portağal suyu içənlərin qanında ümumi xolesterinin səviyyəsi digər içkilərə üstünlük verənlərlə müqayisədə xeyli aşağı olub. Şirələrin faydalı xüsusiyyətlərinə baxmayaraq, mümkün yan təsirlərini də xatırlamalısınız.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11802
avatar

Arzu Qurbanlı

Oxşar yazılar