"Salyan Oyl"ın işdən çıxarılan işçisi özünü yandırdı  - YENİLƏNİB
16 avqust 2024 15:06 (UTC +04:00)

"Salyan Oyl"ın işdən çıxarılan işçisi özünü yandırdı - YENİLƏNİB

“Salyan Oyl Limited” şirkəti işçinin özünü yandırması ilə bağlı açıqlama yayıb.

Şirkətin mətbuat xidmətindən Lent.az-a verilən açıqlamada bildirilir ki, “Salyan Oyl Limited” şirkətinin 1 saylı Neft-qaz Çıxarma Sahəsinin 5-ci səhəsinin operatoru Zaur Aydınov bu gün səhər saatlarında şirkətin ofisinin həyətində özünü yandırmağa cəhd edib.

Qeyd olunub ki, iyulun 29-da, məzuniyyətdə olduğu müddətdə, Zaur Aydınovun şirkətdən yanacaq oğurluğu etməsi faktı aşkarlanıb: “Avqustun 7-də Zaur Aydınovdan faktla bağlı izahat alınıb və o, öz əməlini etiraf edib.

Avqustun 16-da səhər saatlarında şirkətin daxili araşdırma komissiyası tərəfindən əlavə izahat və məlumat almaq üçün ofisə dəvət olunan Zaur Aydınov görüş zamanı zəng etmək bəhanəsi ilə ofis binasının həyətinə çıxaraq özünü yandırmağa cəhd edib. Aydınovun cəhdinə şirkət əməkdaşları tərəfindən dərhal müdaxilə edilib və o, təxirəsalınmadan xəstəxanaya təxliyyə olunub. Hazırda Aydınov Şirvan şəhər xəstəxanasına yerləşdirilib, vəziyyəti nəzarət altındadır”.

***
11:44

Salyan sakini özünü yandırıb.

Lent.az xəbər verir ki, Salyan rayonunun Kürsəngi kənd sakini, 36 yaşlı Zaur Aydınov Oktay oğlu üzərinə benzin tökərək özünü yandırıb.

Ağır yanıq xəsarətləri ilə Şirvan xəstəxanasına yerləşdirilən zərərçəkən daha sonra paytaxta yanıq mərkəzinə yola salınıb.

Hadisəyə səbəb onun işdən çıxarılması olub.

Qeyd edək hadisə O.Aydınovun işlədiyi "Salyan oyl" şirkətinin qarşısında baş verib.

Faktla bağlı araşdırma aparılır./APA

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2493
avatar

Oxşar yazılar