Yoldan keçənlərin köməyi olmadan kollektiv şəkillər  çəkmək olacaq - VİDEO
16 avqust 2024 17:12 (UTC +04:00)

Yoldan keçənlərin köməyi olmadan kollektiv şəkillər çəkmək olacaq - VİDEO

“Google”  qatlana bilən “Pixel 9 Fold” da daxil olmaqla dörd yeni “Pixel” təqdim edib. 

Lent.az xəbər verir ki, smartfonlar ənənəvi olaraq onları rəqiblərindən fərqləndirən bir sıra AI funksiyalarına malikdir. 

Məsələn, tərtibatçılar kollektiv şəkillər çəkmək üçün yeni funksiya ilə çıxış ediblər. Bu zaman yeni “Məni əlavə et” seçimi süni intellektdən istifadə etməklə iki şəkli birləşdirməyə imkan verir. 

Texnologiya olduqca sadə işləyir. Sadəcə eyni bucaqdan oxşar çəkiliş çəkin, ancaq yaxınlıqda bir yerdə dayanın. Sonra neyron şəbəkə hər şeyi bir-birinə yapışdıracaq. 

Hələlik innovativ funksiya yalnız yeni Piksellərdə işləyəcək, lakin gələcəkdə digər Android smartfonlarında da görünə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 570
avatar

Sevinc Fərid

Oxşar yazılar