“Elə bil orta əsrlərdə yaşayırıq, nə işıq var, nə yol” - Nabrandan ŞİKAYƏT
16 avqust 2024 15:41 (UTC +04:00)

“Elə bil orta əsrlərdə yaşayırıq, nə işıq var, nə yol” - Nabrandan ŞİKAYƏT

Xacmaz rayonu, Nabran İkinc Yalama Turist qəsəbəsi sakinlərindən Lent.az redaksiyasına şikayət daxil olub.

Sakinlər qəsəbənin baxımsızlığından giley-güzar ediblər. Onlar bildiriblər ki, turistlərin bol-bol gəlib getdiyi qəsəbədə yollar bərbad gündədir.

Elmi işçi Şövkət Ələkbərova bildirib ki, qəsəbə yollarının pis gündə olması səbəbi ilə əraziyə taksilər gəlmək istəmirlər. Yol çəkilişi üçün dəfələrlə müraciət edilsə də, müraciətlərinə baxılmayıb. Qəsəbədə zibillər daşınmır, kim hara gəldi tullantıları tökür, pis qoxu sakinləri narahat edir.

“Özümüz  kömək eləməyə hazırıq, yolumuzu çəksinlər. Yanğın olsa, yanğınsöndürən, təcili yardım maşını çağırası olsaq, gəlməsi saatlar çəkəcək. Elə bil orta əsrlərdə yaşayırıq. İşıq xətləri köhnəlib, dəfələrlə sönür. Bu cür gözəl təbiəti olan bir qəsəbəni bərbad vəziyyətdə saxlayırlar. Bura səliqəyə salınsa, Türkiyənin Antaliyasından qat-qat gözəldir. Sərin, təmiz havası var. Amma baxımsızdır. Meşələrə vaxtında dərman çilənməlidir, ağacların bir çoxu hansısa virus səbəbi ilə çürüyüb gedir. Biz sakinlər olaraq  mövcud vəziyyətdən narahatıq. İstəyirik Xaçmaz rayon İcra Hakimiyyəti və digər əlaqədar qurumlar səsimizi eşidib, problemləri aradan qaldırsınlar. Turizm cənnətinin cəhənnəmə çevrilməsinin qarşısını alaq”,- deyə sakinlər qeyd ediblər.

Məsələ ilə bağlı Xaçmaz rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. O şöbədən bu şöbəyə, bu şöbədən o şöbəyə yönəldə-yönəldə, axırda bir nəfər tapıldı ki, bizə cavab versin.

O da heç halını pozmadan "o yollarda nə var ki, daş yoldur də. Yol təmirdən çıxıb. Zibilliyi isə bələdiyyələr vaxtaşırı təmizləyirlər, işıqlar isə normal yanır" dedi.

Bax belə. Bu laqeyd yanaşmadan görünür ki, sakinlər hələ çox gözləməli olacaqlar.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 984
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar