Şöhrətin lap zirvələrində sənətini atıb gedən ulduzlar da var.
Lent.az bu gün daha filmlərə çəkilmək istəməyən 9 Hollivud ulduzu barədə məlumat verir.
Cim Kerri 2022-ci ildə kinoya ehtirasının bitdiyini və bir daha heç vaxt filmə çəkilməyəcəyini bildirib.
Cek Nikolson 2010-cu ildən bəri bütün təkliflərə yox deyir.
Cim Hekman 2004-cü ildən kinoyla vidalaşıb.
Bryus Uillis 2020-ci ildən səhhəti ilə bağlı kinodan uzaqlaşdı, onda demensiya başlayıb və artıq heç kimi xatırlamır.
Deniel Del Lyuis 6 ildir ağac və ayaqqabı istehsalı sahələrinə üz tutub.
Meri Keyt və Eşli Olsen bacıları 5 ildir moda və dizayn sahəsinə transfer ediblər.
Çarli Şin 2017-ci ildən narkotik asılılığına görə sənəti qurban verdi.
Frenki Munis avtomobil yarışlarında iştirakı kinoya çəkilməkdən üstün bilərək, Hollivuddan gedib.