Həbsdən çıxdıqdan sonra boşanma iddiaları ilə gündəmdən düşməyən Dilan Polat və Engin Polat arasında böhran yaşandı. Engin Polat mübahisə etdiyi həyat yoldaşını və uşaqlarını evdən qovdu.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, qısa müddət sonra barışan Polat evə geri dönən kimi bir neçə gün əvvəl yaşadıqları mübahisənin görüntülərini yayımlayıb.
Bacısının evində qaldığı müddətdə Polat, ərilə mesajlarını da ifşa etdi. Mesajlarda Engin Polatın "Evə qayıt, tətilə gedirik”, yazdığı, Dilan Polatın isə "Özün gedə bilərsən, mən gəlmirəm" cavabı verdiyi görüldü.
Bir dostunun "Ev sənin deyilmi, sən onu qovsaydın" mesajına Polat belə cavab verdi:
"Nə fərqi var? Qovdu, qovdu. Həm də dəli kimi bağıraraq. Görsəniz canavar kimi idi. Çox qorxdum, ona görə çıxdım."
Mesajların davamında Engin Polatın "İthamlarına diqqət et, sərhədlərimizi bilək" dediyi, Dilan Polatın isə "Səndən boşanıram" cavabı verdiyi diqqət çəkdi.
Icardi ilə foto
Dilan Polat, ərini əsəbiləşdirmək üçün süni intellekt vasitəsilə Mauro Icardi başda olmaqla bir neçə Qalatasaraylı futbolçu ilə öz fotosunu birləşdirdi. Engin Polat isə paylaşımın ardından belə yazdı: "Həyat yoldaşı seçərkən Fenerbahçeli olmasına fikir verin. İllərdir uduzmasına baxmayaraq komandasını tərk etməyən sizi də heç vaxt tərk etməz."
Barışdılar
Mübahisədən sonra bacısının evində qalan Dilan Polat əlində çiçəklərlə qapısına gələn ərini bağışladı. Daha sonra birlikdə sarmaş-dolaş foto paylaşaraq "Mən ərimə U dönüşü etdim" dedi və evinə geri döndü.
Ertəsi gün isə evdə ailəsi ilə romantik fotolarını paylaşmaqla yanaşı, ərinin onu evdən qovduğu mübahisənin kamera görüntülərini də yayımladı. Görüntülərdə Engin Polat masaya yumruq vurur, Dilan Polat isə stulu atır