Bu qidaları alkoqollu içkilərlə birlikdə  yeməyin
16 avqust 2024 16:46 (UTC +04:00)

Bu qidaları alkoqollu içkilərlə birlikdə yeməyin

Mütəxəssislər spirtli içkilərlə hansı qidaların istehlak edilib-edilməyəcəyini açıqlayıblar.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, spirtlə yanaşı, bəzi qidalar sizi daha da pisləşdirir və tez-tez mədə yanmasına səbəb olur.

Şokolad

Tərkibində spirtlə birlikdə orqanizmə mənfi təsir göstərən kofein var. Bundan əlavə, şokolad sərxoşluq əlamətlərini maskalayır və bu, daha çox içə biləcəyinizi göstərir.

Qızardılmış yemək

Qızardılmış və ədviyyatlı yeməklər mədəni qıcıqlandırır, ona görə də spirt içməzdən əvvəl onlardan uzaq durmaq daha yaxşıdır.

Qazlı içkilər

Tərkibinə daxil olan karbon qazı spirtin udulmasını sürətləndirir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3375
avatar

Arzu Qurbanlı

Oxşar yazılar