Müğənni Afət Fərmanqızı həyat yoldaşından boşanır.
Lent.az-ın xəbərinə görə, o, bu barədə öz sosial şəbəkə hesabında canlı yayım zamanı məlumat verib.
Qeyd edək ki, bu Afətin ikinci evliliyidir.
Müğənninin boşanmasına ərinin qısqanclığı səbəb olub. O, qatıldığı teleproqramlardan birində birinci həyat yoldaşının şəklinin göstərilməsi ilə ailələrində münaqişə yarandığını söyləyib.