Naxçıvanda əsən güclü külək bədbəxt hadisənin baş verməsinə səbəb olub.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Tağıyev küçəsi, ev 10 ünvanında qeydə alınıb. Əsən güclü külək zamanı dam örtüyündən qopan şifer parçası 68 yaşlı Abbasova Zenfira Cəlil qızının başına düşüb. Yaralanan qadın Naxçıvan Muxtar Respublika xəstəxanaya yerləşdirilib.
Onun vəziyyəti kafi qiymətləndirilir.
Güclü külək Ağdam rayonunda da fəsadlar törədib.
Güclü külək elektrik enerjisinin verilişində fasilə yaradıb.
Rayonun bir sıra kənd və qəsəbəsində elektrik enerjisinin, həmçinin internetin verilişində fasilə yaranıb.
Hazırda yaranmış çətinliyin aradan qaldırılması istiqamətində profilaktik işlər davam etdirilir.(APA)