Niyə kifayət qədər yatmayan uşaqlar  pis oxuyur? - ARAŞDIRMA
11 sentyabr 2025 16:15 (UTC +04:00)

Niyə kifayət qədər yatmayan uşaqlar pis oxuyur? - ARAŞDIRMA

0

Yuxu zamanı uşağın beynində yaddaşın möhkəmlənməsi gedir gün ərzində öyrənilən məlumat uzunmüddətli yaddaşda saxlanılır. Yuxu azaldıqda diqqət, konsentrasiya və yeni bilikləri mənimsəmə qabiliyyəti zəifləyir.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna görə də az yatan uşaqların qiymətləri düşür, öyrənmə motivasiyası azalır.

Emosional fon və davranış

Yuxusuzluq emosional sabitliyə mənfi təsir göstərir. Uşaqlar əsəbi olur, əhval və emosiyalarına nəzarət edə bilmirlər, dərsə maraqları azalır. Bu isə yalnız öyrənməyə deyil, həm də sinif yoldaşları ilə münasibətlərə mənfi təsir edir.

Fiziki inkişaf

Gecə saatlarında uşağın bədənində normal inkişaf üçün vacib olan böyümə hormonu intensiv ifraz olunur. Onun çatışmazlığı böyüməni ləngidə, həmçinin maddələr mübadiləsini poza bilər. Uzun müddətli yuxu çatışmazlığı xroniki xəstəliklərin yaranma riskini də artırır.

Yaradıcılıq və tənqidi düşünmə

Gündə 8 saatdan az yatan uşaqlar qeyri-standart tapşırıqlarda çətinlik çəkirlər, reaksiyaları ləngiyir və səhvləri çoxalır. Bu, onların yaradıcılığını, özünə inamını və qərar qəbul etmə bacarığını azaldır.

Sosial adaptasiya

Müəllimlərin müşahidəsinə görə, yaxşı yatan uşaqlar məktəb mühitinə daha tez uyğunlaşır, dərslərə daha aktiv qoşulur və sinif yoldaşları ilə daha rahat ünsiyyət qururlar.

Valideynlər üçün tövsiyələr

Uşağın sabit yuxu rejimi olmalıdır: eyni saatda yatmaq və oyanmaq. Yatmazdan əvvəl gadget-lərdən uzaq durmaq, çünki ekran işığı melatoninin ifrazına mane olur. Yuxu üçün sakit şərait yaratmaq: qaranlıq, səs-küy olmaması və rahat temperatur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 236

Oxşar yazılar