Kornell Universitetinin bir fiziki yeni qaranlıq enerji məlumatlarına əsaslanaraq, kainatın genişlənməsinin 11 milyard il ərzində dayanacağını və təxminən 20 milyard il sonra Böyük Çırpınma ilə bitəcəyini irəli sürüb.
Lent.az xəbər verir ki, universitetinin fiziki Henri Tay kainatın taleyi üçün təəccüblü bir model təqdim edib.
Tay iddia edir ki, 33 milyard illik ömrünün yalnız yarısında olan kainat bir gün istiqamətini dəyişəcək.
Tayın fikrincə kainat təxminən 11 milyard il genişlənməyə davam edəcək.
Bu dövrün sonunda genişlənmə dayanacaq və kainat dramatik "Böyük Çırpınma"da tək bir nöqtəyə qayıdacaq.
Bu nəzəri model Albert Eynşteynin "kosmoloji sabit" konsepsiyasına əsaslanır. Son 20 ildə bu sabitin müsbət olduğuna və kainatın əbədi olaraq genişlənəcəyinə inanılırdı.
Lakin Çilidəki Qaranlıq Enerji Tədqiqatının (DES) və Arizonadakı Qaranlıq Enerji Spektroskopik Alətinin (DESI) yeni məlumatları bu sabitin mənfi ola biləcəyini göstərir. Mənfi sabit isə kainatın sonda dağılmalı olduğu deməkdir.