Böhran davam edir:  Ronaldo “Əl-Nəsr” ilə kubok qazana  bilmir
29 oktyabr 2025 16:19 (UTC +04:00)

Böhran davam edir: Ronaldo “Əl-Nəsr” ilə kubok qazana bilmir

0

Bu yaxınlarda "Əl-Nəsr" və Kriştiano Ronaldo Kral Kubokunun 1/8 final mərhələsində Kərim Benzemanın oynadığı "Əl-İttihad" ilə qarşılaşıblar. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, fransız hücumçunun komandası qalib gəlib.

“Əl-Nəsr” – “Əl-İttihad” 1:2

Qollar: Anjelo, 30 - Benzema, 15, Auar, 45+2

Bu, Ronaldonun “Əl-Nəsr” ilə ardıcıl 10-cu turnir uğursuzluğudur. Portuqaliyalı karyerası ərzində komanda ilə hələ heç bir rəsmi kubok qazanmayıb.

Kriştiano bundan əvvəl aşağıdakı turnirlərdə uğur qazana bilməyib:

• Səudiyyə Ərəbistanı Premyer Liqası (2022/23); 

• Kral Kuboku (2022/23);

• Səudiyyə Ərəbistanı Super Kuboku (2022/23);

• Səudiyyə Ərəbistanı Premyer Liqası (2023/24);

• Kral Kuboku (2023/24);

• Səudiyyə Ərəbistanı Super Kuboku (2023/24); 

• AFC Çempionlar Liqası (2023/24)

• Səudiyyə Ərəbistanı Premyer Liqası (2024/25);

• Kral Kuboku (2024/25);

• Səudiyyə Ərəbistanı Super Kuboku (2024/25);

• Asiya Çempionlar Liqası (2024/25)

• Kral Kuboku (2025/26);

• Səudiyyə Ərəbistanı Super Kuboku (2025/26);


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 452

Oxşar yazılar