Dünyanın ən uzun kirpikli  qadını - Tökülür, yenidən çıxır
29 oktyabr 2025 18:04 (UTC +04:00)

Dünyanın ən uzun kirpikli qadını - Tökülür, yenidən çıxır

0

Qadınlar arasında ən uzun kipriklər rekordunun sahibi Çinin Çançjou şəhərindən olan Yu Tszyanctzyadır. Onun kiprikləri təbii şəkildə bu qədər uzun böyüyür və töküldükdə belə, yenidən eyni uzunluqda çıxır.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu qeyri-adi xüsusiyyət Yu Tszyanctzyaya Ginnesin Rekordlar Kitabında yer qazandırıb.

2016-cı ildə rekord qeydə alınarkən onun kipriklərinin uzunluğu 12,5 santimetr olub. Lakin böyümə prosesi bununla dayanmayıb və beş il sonra yuxarı göz qapağındakı bir kiprik 20,5 santimetrə çataraq yeni dünya rekordunu müəyyən edib. Kipriklər bu qədər uzun olduğundan yanaqlara, hətta çənəyə qədər uzanır.

Elm hələlik izah tapa bilmir

Həkimlər bu fenomeni izah edə bilmir. Genetiklər də Tszyanctzyanın ailəsində bu cür xüsusiyyətin kimdəsə müşahidə olunmadığını bildirirlər. Bəzən kipriklər qopur, lakin qısa müddət sonra yenə əvvəlki kimi uzanır. Ehtiyatsız toxunuş zamanı isə qırılma ehtimalı var.

Yu Tszyanctzya deyir ki, bu xüsusiyyət gündəlik həyatında hər hansı çətinlik yaratmır, əksinə onu sevindirir və insanlar tərəfindən maraqla qarşılanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar