Qardaşını öldürən zabit HAKİM QARŞISINDA
29 oktyabr 2025 17:27 (UTC +04:00)

Qardaşını öldürən zabit HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az-ın məlumatına görə, prosesdə təqsirləndirilənin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra məhkəmə təqsirləndirilən barədə seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilmədən cinayət işinin məhkəmə baxışına verilməsi ilə bağlı qərar elan edib. Bundan sonra növbəti proses 12 noyabra təyin edilib.

Xatırladaq ki, hadisə 2025-ci il iyulun 3-ü səhər saatlarında Binəqədi rayonunun ərazisində baş baş verib. 1996-cı il təvəllüdlü Aslan Elgün oğlu Nuri yaşadığı evdə qətlə yetirilib. Aslan Nurinin qardaşı 1991-ci il təvəllüdlü Amin Nuri hadisədən sonra polis şöbəsinə gedərək qardaşını öldürdüyünü etiraf edərək könüllü təslim olub.

Onu da qeyd edək ki,Aslan Nuri azyasli körpəsinin gözü qarşısında qətlə yetirilib.Hadisədən sonra Amin Nuri qucagında qardaşının qana bulaşmış körpəsini uşağın anasına verərək qardaşını öldürdüyünü bildirərək könüllü polisə gedəcəyini deyib.

Hadisənin qardaşlar arasında mülk bölgüsü ilə bağlı olduğü bildirilib.

Hadisəni törətməkdə təqsirləndirilən Amin Nuri zabit olub.

Fərqanə Novruzova

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 410

Oxşar yazılar