Ronaldo nailiyyətlərinin üç sirrini  açıqlayıb
16 avqust 2024 09:50 (UTC +04:00)

Ronaldo nailiyyətlərinin üç sirrini açıqlayıb

Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunun hücumçusu Kriştiano Ronaldo çıxışının üç sirrini açıqlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, futbolçu bu barədə sosial şəbəkə səhifəsində “Yuxu, ağır iş və bərpa. Yeni mövsüm, eyni qabiliyyət”, - deyə yazıb.

39 yaşlı Kriştiano Ronaldo 2023-cü ilin yanvarından Səudiyyə Ərəbistanının “Əl-Nasr” klubunda çıxış edir. Ötən 2023/2024 mövsümündə o, klubda bütün turnirlərdə 45 oyuna çıxıb, 44 qol vurub, 13 məhsuldar ötürmə edib, o cümlədən Səudiyyə Ərəbistanı Pro Liqasında 35 qol vurub. 2024-cü il Avropa çempionatının seçmə turnirində Ronaldo Portuqaliya millisinin heyətində 9 oyun keçirib, bu oyunda 10 qol vurub və bir məhsuldar ötürmə edib. Portuqaliyalının əvvəlki klubu İngiltərənin "Mançester Yunayted"i olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 561
avatar

Oxşar yazılar