HONOR 200 və HONOR 200 Pro smartfonları ilə daha yaxından tanışlıq
16 avqust 2024 10:00 (UTC +04:00)

HONOR 200 və HONOR 200 Pro smartfonları ilə daha yaxından tanışlıq

Azərbaycanda diqqətləri özünə cəlb edən iki yeni məhsulun - HONOR 200 və HONOR 200 Pro smartfonlarının satışı davam edir. Bəs smartfonları belə cəzb edici edən nədir? Ən tələb olunan smartofonların dəyəridən daha ucuz və sərfəli qiymətə təklif olunan qabaqcıl flaqman funksiyalar! Bəs bu ikilini alıcılara əlavə nə təklif edir?

Görünüş

HONOR 200 Pro və HONOR 200 bir-birindən demək olar ki, fərqlənmir. Hər iki model eyni üslubda hazırlanmışdır və eyni seriyaya aiddir. Lakin, diqqətlə baxsanız və hər iki cihazı əlinizdə tutsanız, bəzi gözə çarpan fərqləri aşkar şəkildə görmək mümkündür. Beləliklə, Pro versiyasında daha çox yuvarlaq elementlərdən istifadə edilib ki, bu da xüsusilə smartfonun ekranında və kənarlarında nəzərə çarpır. HONOR 200 demək olar ki, düz ekrana və bir qədər geniş çərçivəyə malikdir.

Bundan əlavə, smartfonlar ölçüləri və çəkiləri ilə də bir qədər fərqlənir. Bir model o birindən bir az daha ağırdır, ikincisi isə bir daha kiçik displey sayəsində daha yüngüldür. Smartfonların örtükləri də göz oxşayır. Belə ki, korpusun üst qatı mərmər, ya da abstrakt fırça ilə əldə edilən eskizləri xatırladır, örtük “naxışı” isə bir başa rəng seçimindən asılıdır.

Kamera bloku cihazın ümumi dizaynını pozmamaq üçün arxa panelə inteqrasiya olunub. Modul səliqəli oval şəklində hazırlanaraq, ümumi səthdən bir qədər qırağa çıxsa da, istifadə zamanı narahatlıq yaratmır. HONOR rəsmiləri bildirir ki, smartfonların dizaynı məşhur memar Qaudinin,  Casa Mila binasını simmetrik formaları və axarı görünüşündən ilhamlanıb. Lakin bizim fikrimizcə, bu dizayn telefonların görünüşünə daha çox futurizm toxunuşu əlavə edib.

Əla displey

Burada iki model arasındakı fərq dərhal gözə çarpır. Beləliklə, HONOR 200 Pro diaqonalı 6,78”, HONOR 200 isə 6,7’’ təşkil edir. Əlavə olaraq qeyd etmək lazımdır ki, HONOR 200, Pro ilə müqayisədə bir qədər daha yuvarlaq kənarlara malikdir. HONOR 200 də displeyini yuvarlaq adlandırmaq olar, lakin bu axarılıq o qədər kiçikdir ki, ekran daha çox düz təsiri bağışlayır.

İstifadə olunan AMOLED texnologiyası parlaq və zəngin rənglər, eləcə də dolğun qara rəngləri əldə etməyə imkan verir ki, bu da video və fotoşəkillərə baxarkən xüsusilə vacibdir. 2644x1200 piksel təsvir ölçüsü görüntünün aydın və detallı olmasını təmin edir, kiçik elementlər daha səlis şəkildə ifadə olunur.

HONOR 200 Pro displeyinin əsas üstünlüklərindən biri 120 Hz yüksək yeniləmə sürətinin dəstəkləməsidir. Bu o deməkdir ki, ekran saniyədə 120 dəfə yenilənərək animasiyaları və keçidləri daha axarı şəkildə icra edir.

Həmçinin, HONOR 200 Pro və HONOR 200 displeyləri bir sıra görmə müdafiəsi funksiyaları və 3840 Hz PWM tezliyi ilə təchiz edilib ki, qeyd edilənlər onları tamamilə təhlükəsiz edir. Hər iki smartfonun displeyi cihazlardan uzun müddət istifadə zamanı göz yorğunluğunu azaldır.

Heyrətamiz kameralar

HONOR 200 Pro və HONOR 200 istifadə edilən sensor sayı kəmiyyət xətrinə quraşdırılmayıb və hər biri öz vəzifəsini tam şəkildə yerinə yetirir. Belə ki, hər iki smartfon 2,5x optik böyütmə və optik stabilizasiyaya malik 50 meqapiksellik telefoto və 12 meqapiksellik ultra geniş bucaqlı modullar əldə edib ki, bunlar sadəcə 112° çəkiliş bucağı ilə foto çəkməklə kifayətlənməyib, həm də 2,5 sm məsafədən super makro təsvirlər əldə etməyə imkan yaradır. Ön kamera hər iki halda 50 meqapiksellik təsvir ölçüsünə malikdir və istifadəçiləri selfilərlə eksperimentlərindən zövq almağa səsləyir.

Hər iki modeldə əsas sensor 50 meqapikseldir, lakin HONOR 200-də bu Sony IMX906 sensoru, HONOR 200 Pro-da isə HONOR Magic6 Pro kamera telefonunda olduğu kimi OmniVision H9000-dir.Qeyd edilən bu öndə gedən sensorlar süni zəka imkanları ilə birləşdirilib, alqoritmlərdən istifadə edərək ən uyğun fon və işıqlandırma variantlarını seçmək üçün üz xüsusiyyətlərini öyrənir. Bununla yanaşı portret biliciləri üçün burada məşhur Fransız studiyası Harcourt ilə birlikdə ərsəyə gətirilmiş üç rejim də mövcuddur.

Çəkiliş nümunələrini özünüz qiymətləndirə bilərsiniz. Lakin, son vaxtlara qədər, smartfonların ümumilikdə, belə bir keyfiyyətdə çəkilişlər həyata keçirə biləcəklərinə inanmaq çətin idi. Belə ki, burada əsas kamera çəkilişləri ilə yanaşı, portret çəkilişləri də heyrətamizdir. İstənilən halda hər iki tərəf həm, HONOR, həm də Harcourt təqdirə layiqdir, çünki nəticə etibarı ilə smartfonlar əla portretlər əldə etməyə imkan yaradır.

Performans

HONOR 200 Pro-nun peşəkar təbiəti bax burada ortaya çıxır. Smartfon gələcək illər ərzində sizə xidmət edəcək güclü, yeni üçüncü nəsil Snapdragon 8s prosessoru ilə təchiz olunub. Bundan əlavə, çip tətbiqlərin və sistem proseslərinin işinin optimallaşdırması üçün süni zəkanın imkanlarından geniş istifadə edir. Belə ki, AI istifadəçinin davranışını təhlil edir və onun vərdişlərinə uyğunlaşır ki, bu da enerji sərfiyyatına və müvafiq olaraq batareya ömrünə qənaət edir.

HONOR 200 isə, həmçinin üçüncü nəslin təmsilçisi olan, Snapdragon 7 prosessoru üzərindən işləyir. Bəli, bu qeyd edilən prosessor Pro versiyasında istifadə olunandan fərqlənir, lakin, testlər zamanı hətta tələbkar oyunların öhdəsindən gələn Snapdragon 7 heçdə Pro versiyasının çipindən geri qalmır. Onu da qeyd etmək lazımdır ki, tətbiqləri dərhal açan prosessorun işləməsində heç bir gecikmə müşahidə olunmur.

Yüksək performansda RAM göstəriciləri böyük rol oynayır. İstər 8 QB, istərsə də 12 QB olsun, bu həcm tapşırıqları axarı və sürətli şəkildə icra etməyə kifayətdir. Burada həmçinin istifadə üçün nəzərdə tutulmuş 512 QB daxili yaddaş da mövcuddur. Əgər o qədər yaddaşa ehtiyacınız yoxdursa, bu halda pulunuza qənaət edib 8 QB RAM və 256 QB daxili yaddaş ilə HONOR 200 seçə bilərsiniz.

Oyunlardan həddən artıq istifadə etməsəniz, smartfonunuzdan tam yükləmə ilə bir və ya iki gün dayanmadan istifadə edə bilərsiniz. Smartfonların dolum vaxtıda helə çox deyil, 15 dəqiqəyə - 50% yükləmə eldə etmək mümkündür. Həmçinin HONOR 200 Pro  66W sürətli simsiz yükləməni də dəstəkləyir.

***

Qeyd edək ki, HONOR 200 Pro-nu 1899.99 AZN-ə əldə etmək mümkündür. 12 QB RAM və 512 QB daxili yaddaşa malik HONOR 200 modeli 1399,99 AZN, 8/256 QB versiyası isə 1249,99 AZN-ə satışa çıxarılıb. Həmçinin, sentyabr ayının 30-dək smartfon alan hər bir alıcıya xüsusi bonus təklif edilir, belə ki HONOR 200 alarkən HONOR CHOICE Watch smart saatını, HONOR 200 Pro alarkən isə HONOR Watch 4-ü hədiyyə olaraq əldə edirsiniz

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 504
avatar

Oxşar yazılar