"Formula 1" günlərində Bakı metrosunun iş rejimində dəyişiklik  olacaq
17 sentyabr 2025 16:01 (UTC +04:00)

"Formula 1" günlərində Bakı metrosunun iş rejimində dəyişiklik olacaq

0

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti “Formula 1” üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

Lent.az-a cəmiyyətdən verilən məlumata görə, sentyabrın 19-dan 20-nə və 20-dən 21-nə keçən gecələrdə metro stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq.

Yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq ediləcək, əlavə ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar