Azərbaycanda demək olar hər yerə  yağış yağır - FAKTİKİ HAVA
17 sentyabr 2025 17:09 (UTC +04:00)

Azərbaycanda demək olar hər yerə yağış yağır - FAKTİKİ HAVA

0

Sentyabrın 17-si saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər yerlərində yağıntılı hava şəraiti davam edir.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a bildirilib ki, Qobustan, Naftalan, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Samux, Goranboy, Göyçay, Göygöl, Mingəçevir, Zərdab, Şəki (Kişçay), Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Sabirabad, Biləsuvar, Yardımlı, Lerik, Hacıqabul, Quba, Qusar, Qrız, Şahdağ, Xınalıq, Xaltan, Ağsu, eyni zamanda Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağır, şimşək çaxıb.

Qax (Sarıbaş), Şəki (Kişçay), Daşkəsən, Göygöl, Naftalan, Şamaxı, Qrız, Şahdağ, Lerik, Qəbələdə duman müşahidə olunur. Dumanda görünüş 500 metrədək məhdudlaşır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar