Braziliyanın mərkəzi Mato Qrosso ştatında kiçik ikimühərrikli təyyarənin qəzaya uğraması nəticəsində iş adamı Arni Spirinq də daxil olmaqla 5 nəfər həlak olub.
Lent.az xəbər verir ki, bu barədə yerli “G1” portalı ştatın hərbi polisinə istinadən məlumat yayıb.
Məlumata görə, iki mühərrikli “King Air” təyyarəsi Apiakas bələdiyyəsinin kənd ərazisinə düşüb.
Təyyarə qəzasında ölənlər 70 yaşlı Spirinq, onun iki nəvəsi, biznesmenin həmkarı və pilot olub.
Mato Qrossonun Mülki Polisinin məlumatına görə, təyyarə havada partlayıb, daha sonra fermanın yaxınlığında yerə çırpılıb. Hadisənin səbəbləri araşdırılır.