"Zirə" ilk dəfə Konfrans Liqasının "play-off" mərhələsinə  YÜKSƏLDİ
15 avqust 2024 23:20 (UTC +04:00)

"Zirə" ilk dəfə Konfrans Liqasının "play-off" mərhələsinə YÜKSƏLDİ

Azərbaycanın Konfrans Liqasındakı daha bir təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

Lent.az xəbər verir ki, "Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçın 37-ci dəqiqəsində Vedran Oqoviç qonaqları hesabda önə çıxarıb.

Oyunun 54-cü dəqiqəsində Qismət Alıyev penaltidən fərqlənərək tarazlığı bərpa edib.

Matçın 81-ci dəqiqəsində isə Anton Matkoviç Xorvatiya təmsilçisinin ikinci qolunu vurub.

Görüşün 90-cı dəqidəsində Davit Volkovi "Zirə"nin bərabərlik qoluna imza atıb.

Əsas vaxtda qalib müəyyənləşmədiyindən qarşılaşmada uzatma dəqiqələr oynanılıb.

Əlavə vaxtda hesab dəyişməz qalıb. Penaltilər seriyasında isə "Zirə" rəqibindən üstün olub - 2:1.

Bununla da “Zirə” UEFA Konfrans Liqasının "play-off" mərhələsinə yüksəlib.

Xatırladaq ki, tərəflər arasında keçirilən birinci qarşılaşmada 1-1 hesablı heç-heçə qeydə alınmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 636
avatar

Oxşar yazılar