İt sürüsü məktəbliləri qovub ağaca çıxardı -  VİDEO
29 aprel 2021 18:05 (UTC +04:00)

İt sürüsü məktəbliləri qovub ağaca çıxardı - VİDEO

Başqırdistanın Birsk şəhərində bir dəstə it üç məktəblini ağaca çıxarıb. 

Lent.az-ın Rusiya mediasına istinadla bildirir ki, hadisə yerindən çəkilən videoda çantalı üç uşağın budaqlarda oturduğu, onlardan birinin daha yüksəkliyə qalxmağa çalışdığı görünür. Ağacın altında isə dörd böyük it var.

Uşaqların ağacda nə qədər vaxt keçirdikləri məlum deyil. Prokurorluqda araşdırma aparılır, meriya hələ hadisə ilə bağlı açıqlama verməyib.


 

İt sürüsü məktəbliləri qovub ağaca çıxardı

# 3039
avatar

Oxşar yazılar