İnəklə kobranın dostluğu - VİDEO
25 avqust 2023 15:14 (UTC +04:00)

İnəklə kobranın dostluğu - VİDEO

Hindistan Meşə Xidmətinin əməkdaşı Susantha Nanda “X” (Twitter) səhifəsində zəhərli ilanla dostluq edən inəyin videosunu yerləşdirib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, həmin paylaşımına “Bunu izah etmək çətindir. Aralarında etimad əsl sevgi ilə yaranıb”, deyə şərh yazıb.

Videoda iki heyvanın bir-birinə reaksiyası əks olunub. Birdən inək ilanı yalamağa və iyləməyə başlayır. Kobra buna sakitcə dözür və onu dişləmir.

Yazı 130.000-dən çox baxış və 3.000-ə yaxın bəyənmə toplayıb. Bir çox istifadəçi videonu heyrətamiz hesab edib. Onlardan bəziləri inamsızlıq ifadə edərək, baş verənlərin reallığına şübhə ilə yanaşıblar.

# 2556
avatar

Oxşar yazılar