Bakıda  doğulan müğənni   Alla Puqaçovanın   taxtına namizəd oldu –  Sərt reaksiya
30 sentyabr 2026 15:17 (UTC +04:00)

Bakıda doğulan müğənni Alla Puqaçovanın taxtına namizəd oldu – Sərt reaksiya

0

Rusiyalı müğənni Larisa Dolinanın ölkə estradasının yeni “Primadonna”sına hazır olduğunu bildirməsi tənqidlə qarşılanıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, musiqi tənqidçisi Yevgeni Babiçev bildirib ki, belə yüksək statusu sənətçi özü müəyyən edə bilməz.

Onun sözlərinə görə, kimin “Primadonna” adlandırılacağına tamaşaçılar qərar verməlidir.

“Bunu Dolina özü müəyyən etməməlidir. Tamaşaçının bilet alması, mahnıları milyonlarla dəfə dinləməsi sənətçinin statusunu göstərir. Mənə elə gəlir ki, Dolina hazırda nə bilet satışlarında, nə də striminq platformalarında belə göstəricilərlə seçilir”, –tənqidçi bildirib.

Лариса Долина о замужестве: "Мне не надо никому готовить еду, никого  слушать"

Musiqi tənqidçisi Dolinanın belə açıqlamalarda daha təvazökar davranmağın vacib olduğunu vurğulayıb.

“Məni həmişə insanın özü haqqında hansısa ada və ya yüksək statusa layiq olduğunu deməsi narahat edib”, – Babiçev əlavə edib.

Qeyd edək ki, daha əvvəl Rusiyanın Xalq artisti Larisa Dolina zarafatla ölkə estradasının yeni “Primadonna”sı olmağa hazır olduğunu bildirmişdi. Müğənni belə bir təklif gələcəyi halda bu qeyri-rəsmi titulu qəbul etməyə razı olduğunu söyləmişdi.

Söhbət uzun illər Rusiya estradasında “Primadonna” kimi tanınan Alla Puqaçovanın tutduğu mövqedən gedir.

Qeyd edək ki, Larisa Dolina 1955-ci il sentyabrın 10-da Bakı şəhərində yəhudi ailəsində anadan olub. Atası Aleksandr Markusoviç Kudelman, anası isə Qalina İzrailevna Kudelmandır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 232

Oxşar yazılar